“Məscidi-Əqsa”da cümə namazından öncə 3 nəfər öldürüldü - Fotolar + Video

mescidi-eqsada-cume-namazindan-once-3-nefer-olduruldu
Oxunma sayı: 937

Bu gün Qüdsdə yerləşən “Məscidi-Əqsa”da cümə namazından öncə qan tökülüb.

“Qafqazinfo” Euronews-a istinadən xəbər verir ki, İsrail polisi və bir neçə fələstinli arasında məscidin yaxınlığında bilinməyən səbəbdən atışma olub.

İddialara görə, silahlı fələstinlilər qaçaraq məscidə giriblər. Atışma məscid ərazisində davam edib. Qarşıdurma zamanı 3 fələstinli öldürülüb, 3 israil polisi isə yaralanıb.

Hadisə yerində araşdırma zamanı öldürülən fələstinlilərin üzərində 2 yarım avtomatik silah və bir tapançanın ələ keçirildiyi bildirilib.

Bu qarşıdurmadan sonra İsrail qüvvələri “əl-Əqsa” məscidini hərbi bölgə elan edib və məscidə giriş-çıxışı qadağan edib. Bu, 50 ildən sonra “Məscidi-Əqsa”da namaz qılınmayan ilk cümə günü olub.