Pizza restoranından açıq olması xəbəri ilə bağlı açıqlama - Yenilənib

pizza-restoranindan-aciq-olmasi-xeberi-ile-bagli-aciqlama
Oxunma sayı: 8729

Bakıda məşhur pizza restoranı bu gün qanunsuz fəaliyyət göstərib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Xətai rayonunda yerləşən “Papa Johns” pizza restoranının reyd zamanı işlədiyi məlum olub. 

Restoran rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunub.

Qeyd edək ki, bu gün saat 00:00-dan 8 iyun saat 06:00-dək  Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində küçəyə çıxmaq qadağan edilib. Sözügedən qaydanı pozaraq evdən çıxanlar cərimə oluna və hətta həbs edilə bilərlər.

**

“Əhmədli filialımızın bu gün fəaliyyət göstərməsi barədə yayılan xəbər yanlışdır”.

Bu barədə “Qafqazinfo”ya “Papa Johns” pizza restoranından bildirilib.

“Restoran daxilində heç bir fəaliyyət göstərilməyib. Göstərilən şəxs şirkətimizin işçisidir. Mühafizəçi qismində Nazirlər Kabinetinin qərarına əsasən dövlət portalında qeydiyyatdan keçib. Xatırladaq ki, Nazirlər Kabinetinin sözügedən qərarına əsasən, fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə fəaliyyətə icazə verilib. Yoxlanış zamanı işçimiz həmin sənədi təqdim edib. Qeydiyyatı yoxlanıldıqdan sonra heç bir inzibati protokol yazılmadan və heç bir cərimə olunmadan buraxılıb”, - məlumatda deyilir.