Messidən “Barselona”nı tərk edənlərə - “Hər üçünüzü bağrıma basıram”

messiden-barselonani-terk-edenlere
Oxunma sayı: 2551

“Barselona”nın kapitanı Lionel Messi komndanı tərk edən Arda Turan (“Başakşəhər”), Rafinya Alkantara (“İnter”) və Xavyer Maskeranoya (“Hebei Fortune”) xidmətlərinə görə təşəkkür edib.

“Qafqazinfo” xəbər verir ki, argentinalı ulduz İnstaqram səhifəsində aşağıdakıları yazıb:

“Arda, karyeranın Türkiyə mərhələsində uğurlar. Rafinya, İtaliyada sənə uğurlar arzulayıram. Səni izləyəcəyik. Maskerano, bu qədər oyunlar və yaşanan anlardan sonra sənə minnətdaram. Səndən ötrü darıxacağıq. Paltardəyişmə otağında yerin görünəcək. Tezliklə millidə görüşəcəyik. Hər üçünüzü bağrıma basıram”.