“Metropark”da nə baş verir? - Fotolar

metroparkda-ne-bas-verir
Oxunma sayı: 2914

Nərimanov rayonunda yerləşən “Metropark” Ticarət Mərkəzi boşaldılıb. 

Şahidlər tərəfindən “Qafqazinfo”ya verilən məlumata görə, ticarət mərkəzinin işçiləri evə yola salınıb. Bununla yanaşı, “Metropark”ın ətrafında hüquq-mühafizə xidmətinin əməkdaşları, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri toplaşıb. 

Mərkəzin boşaldılmasının səbəbi nə işçilərə, nə də müştərilərə açıqlanmır. 

***

Bildirilir ki, naməlum şəxs Ticarət Mərkəzinə bomba qoyulması ilə bağlı 102-yə zəng vurub.