“Məzuniyyətə gələcəyini dedi” - 19 yaşlı əsgərin müəmmalı ölümü

mezuniyyete-geleceyini-dedi
Oxunma sayı: 6665

Beyləqan rayonunda yerləşən hərbi hissədə xidmət edən 19 yaşlı Elbrus Nəcəfov müəmmalı şəkildə ölüb.

Qafqazinfo”nun Turan-a istinadən xəbərinə görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Ailə üzvlərinə onun intihar etməsi barədə məlumat verilib, amma əsgərin valideynləri buna inanmırlar.

“Elbrus Nəcəfov ölüm xəbərindən bir saat əvvəl ailəsi ilə telefonla danışıb. O, bir gün sonra məzuniyyətə gələcəyini deyib. Ona görə də onun özünü asması inandırıcı görünmür”, - Nəcəfovun valideynləri bildiriblər.

Ailə belə hesab edir ki, övladlarının intihar etməsi iddiası onun öldürüldüyünü gizlətmək məqsədilə ortaya atılıb.

E.Nəcəfov idmançı olub, idmanın kapoeyra növü üzrə ölkə çempionu olub, Dünya Çempionatında iştirak edib.
Əsgərin ölümü ilə bağlı məlumatı Müdafiə Nazirliyinin və Hərbi Prokurorluğun mətbuat xidmətlərindən dəqiqləşdirmək mümkün olmayıb.