Məzunlar qəzaya düşdü - Yaralıların adları

mezunlar-qezaya-dusdu
Oxunma sayı: 897

Ucar rayonunda orta məktəb məzunları yol qəzasına düşüb, xəsarət alanlar var. "Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, hadisə bu gün 15:30 radələrinə şəhərin mərkəzində qeydə alınıb. 

Hadisə şahidlərinin sözlərinə görə, qəza zamanı minik maşınında sürücü və sərnişinlər - XI sinif şagirdləri olublar. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Hazırda xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır. 

***

 Ucar rayonunda yol qəzasında xəsarət alan məzunların adları məlum olub. 

Göyçay rayon sakini, 1995-cü il təvəllüdlü Namiq Alik oğlu Məmmədov kirayə götürdüyü "VAZ-2107" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarında olan "Mercedes" markalı avtomobilə çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - Göyçay şəhər 7 saylı orta məktəbin XI sinif şagirdləri,  2000-ci il təvəllüdlü Fərhad Siyavuş oğlu Əhmədov və 1999-cu il təvəllüdlü İlham Ceyhun oğlu Əhmədov xəsarət alıblar.