Millimiz İrlandiyaya qarşı

millimiz-irlandiyaya-qarsi
Oxunma sayı: 307

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa bu gün çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu yığma Dublində İrlandiya komandasının qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da “National Basketball Arena”da start götürəcək.

Xatırladaq ki, Azərbaycan millisi daha əvvəl Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) uduzub. Komanda qrupda 2 xalla sonuncu - dördüncü pillədə qərarlaşıb.