Millimiz reytinqdə 2 pillə irəlilədi

millimiz-reytinqde-2-pille-ireliledi
Oxunma sayı: 776

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, yenilənən  siyahıda Azərbaycanın mövqeyi dəyişib.

Millətlər Liqasında evdə Lüksemburqa 1:2 uduzan, səfərdə Kiprə 1:0 hesabı ilə qalib gələn komandamız xallarının sayını 1179-a çatdırıb. Bununla da yığmamız iki pillə irəliləyərək, 114-cü sıradan 112-ci pilləyə yüksəlib.

Qeyd edək ki, siyahıya 1773 xalla Belçika başçılıq edir. Fransa 2-ci (1744), Braziliya 3-cüdür (1712).