Millimizin daha iki oyunçusunda koronavirus aşkarlandı

Millimizin daha iki oyunçusunda koronavirus aşkarlandı
Oxunma sayı: 705

Oyunöncəsi rəsmi məşqdə iştirak etmək üçün Azərbaycan millisinin futzalçılarından COVID-19 anticism analizləri götürülüb.

Azərbaycan Futzal Federasiyasından “Qafqazinfo”ya verilən məlumata görə, komandanın iki üzvünün - Qallo və Rövşən Hüseynlinin testlərinin nəticəsi pozitiv olub. Buna görə də hər iki oyunçudan PCR testi götürülüb. Bu testin nəticəsi yanvarın 22-də Gürcüstanla oyunadək açıqlanacaq.

PCR testin nəticəsi neqativ çıxarsa, hər iki futzalçı matçda iştirak edə biləcək. Futzalçılar hazırda qaldıqları otel otağında karantinə alınıblar və oyunöncəsi məşqdə iştirak etməyəcəklər.

Niderland Krallığının mövcud qanunlarına görə karantin müddəti 7 gündür.

Qeyd edək ki, daha əvvəl Eduardo Borges və Rafael Vilelada koronavirus aşkarlanıb.