Millimizin oyunları bu stadionda keçiriləcək

millimizin-oyunlari-bu-stadionda-kecirilecek
Oxunma sayı: 1542

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının keçirəcəyi oyunların stadionları müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, millimiz martın 22-də İngiltərə, 26-da isə Ukrayna komandası ilə qarşılaşacaq.

Hər iki oyun “Azersun Arena”da keçirləcək. Qarşılaşmaların başlama saatı barədə məlumat veriləcək.