Milyonlarla istifadəçi “WhatsApp”sız qalacaq

milyonlarla-istifadeci-whatsappsiz-qalacaq
Oxunma sayı: 9677

“WhatsApp” mesenceri Windows Phone” əməliyyat sistemli və Android və iOS-un köhnəlmiş versiyaları ilə çalışan qurğularda işləməyəcək. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Daily Mail” yazıb.

“Windows Phone”da ismarıc mübadiləsi servisi 2019-cu il dekabrın 31-də fəaliyyətini dayandıracaq. Android 2.3.7 və iOS 8-dən sonrakı əməliyyat sistemlərində mesencer 2020-ci il fevralın 1-dən dəstəklənməyəcək. Bununla da milyonlarla istifadəçi “WhatsApp”sız qalacaq.

Mesencer Android 4.0.3 və iOS 9-dan başlayaraq, bütün əməliyyat sistemlərində çalışacaq.