Mirziyoyev yenidən Özbəkistanın Prezidenti seçilib

Mirziyoyev yenidən Özbəkistanın Prezidenti seçilib
Oxunma sayı: 1063

Şavkat Mirziyoyev növbəti dəfə Özbəkistanın Prezidenti seçilib.

“Qafqazinfo” xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə əsasən, Mirziyoyev səslərin 80,1%-ni qazanıb.

Beləliklə, Özbəkistan MSK Şavkat Mirziyoyevin qələbə qazandığını elan edib.

Oktyabrın 24-ü keçirilən seçkidə qeydiyyata alınmış seçicilərin 80,4%-i seçkidə iştirak edib.

Qeyd olunur ki, Xalq-Demokratik partiyasından Maksudə Borisova 6,6%, Demokrat partiyasından Əlişir Kodirov 5,5%, Ekologiya partiyasından Narzulla Oblomuradov 4,1% və “Adolat” Sosial-Demokrat partiyasından Bahrom Abduhalimov 3,4% səs toplayıb.