Mirzoyanla Donfrid Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi

mirzoyanla-donfrid-cenubi-qafqazdaki-veziyyeti-muzakire-etdi
Oxunma sayı: 969

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla telefonla danışıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan-Ermənistan münasibətləri müzakirə edilib.

Donfrid ABŞ-nin Cənubi Qafqazda sülh prosesinə yardım etməyə hazır olduğunu deyib.

Danışıq zamanı sərhədlərin demarkasiyası, regionda nəqliyyat infrastrukturlarının blokdan çıxarılması müzakirə edilib.