Misir Qəzza zolağından 400-ə yaxın xarici vətəndaşı qəbul edəcək

misir-qezza-zolagindan-400-e-yaxin-xarici-vetendasi-qebul-edecek
Oxunma sayı: 864

Misir “Rəfah” nəzarət-buraxılış məntəqəsi vasitəsilə Qəzza zolağından 400-ə yaxın əcnəbi vətəndaşı qəbul etməyə hazırlaşır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “The Wall Street Journal” yayıb. 

Mənbənin qəzetə verdiyi məlumata görə, ABŞ və İsrail arasında əldə olunan razılaşmaya əsasında bu gündən başlayaraq əcnəbilər və ağır yaralı fələstinlilər anklavı tərk edə biləcək. 

Bu gün Qəzza zolağını 100-ə yaxın fələstinlilinin tərk edəcəyi gözlənilir. Lakin onların sayının yaxın günlərdə bir neçə minə çata biləcəyi qeyd olunur.