MKE Azərbaycanda 1 milyonluq şirkət açdı - İcraçı direktor təyin edildi

mke-azerbaycanda-1-milyonluq-sirket-acdi
Oxunma sayı: 571

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Makine ve Kimya Azerbaijan” MMC-ni dövlət qeydiyyatına alıb.

“Qafqazinfo” nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva, 103, nizamnamə kapitalı 1 000 000 manat, qanuni təmsilçisi isə Türkiyə vətəndaşı İlhami Keleşdir.

İ.Keleş həm də Türkiyənin aparıcı müdafiə sənayesi şirkəti “Makine ve Kimya Endüstrisi A.Ş”nin Direktorlar Şurası sədrinin müavinidir.

Xatırladaq ki, “Makine ve Kimya Endüstrisi A.Ş” Türkiyə Milli Müdafiə nazirliyinin tərkibində fəaliyyət göstərir.

Azərbaycanda açılan şirkətin icraçı direktoru vəzifəsinə Famil Aslanov təyin edilib. O, əvvəllər polkovnik rütbəsində xidmət edib.