Model dünyasını fəth edən albinos bacılar - Fotolar

model-dunyasini-feth-eden-albinos-bacilar
Oxunma sayı: 6191

Model biznesində qeyri-adi gözəllik standartlarına malik albinos modellərə çox rast gəlinib. Ancaq  bu cür görünüşə sahib model Qazaxıstan üçün olduqca qəribə və inanılmaz hesab edilir. Belə ki, albinosların Qazaxıstanda dünyaya gəlişi nadir hadisədir. Asel və Kamila Kalaqanovalar kimi...

“Qafqazinfo” xəbər verir ki, aralarında 12 yaş fərq olan bacıların xarici görünüşü qazax cəmiyyətində rezonans doğurub. Qonşular, 14 yaşlı Aselin sinif yoldaşları onlara qeyri-adi varlıq kimi yanaşırlar.

Bununla belə genetik anomaliya qızlara uğur gətirib: onlar artıq yerli model agentliklərinin diqqət mərkəzindədir. Asel artıq 10 yaşından model kimi fəaliyyət göstərir. Qızın “kəşfindən” sonra Kalaqanovlar ailəsinə də maraq artıb. Qızların 38 yaşlı anası Ayman Sarkitova bildirib ki, doğum evində ilk övladını qucağına alanda şoka düşüb. Buna xəstəxananın işçi heyəti də təəccüblənib. Çünki albinos körpə həmin xəstəxanada ilk dəfə imiş ki, dünyaya gəlirmiş.

Albinos qızların doğulması Aymanın ailəsində də problemlərə səbəb olub. Yaxınları uşaqların atasının başqa milliyyətə mənsub olmasından şübhələniblər. Ancaq tezliklə onlardan əvvəlki genetikada vaxtilə albinosların olduğu və bu genlərin uşaqlara Ayman vasitəsilə ötürüldüyü məlum olub.

2 yaşlı Kamila artıq bir neçə professional çəkilişdə iştirak edib və sosial şəbəkədə xeyli izləyicisi var. Həmçinin, Asel 30 min izləyiciyə sahibdir. Təəssüf ki, hər iki bacının görmə qabiliyyəti zəifdir. Analarının sözlərinə görə, bu problemdən başqa onlar digər uşaqlardan heç bir xüsusiyyətləri ilə fərqlənmirlər.

Qızların Əliyar adlı qardaşı da var. O, bacılarından fərqli olaraq, normal xarici görünüşə sahibdir.

Qeyd edək ki, albinoslar günəş şüalarına çətinliklə dözürlər. Bu səbəbdən küçəyə çıxanda günəş eynəyindən, uzunqol libaslardan istifadə etməlidilər. Qızlar elə buna görə, axşamçağı küçəyə çıxmağa üstünlük verirlər.

Aymanın sözlərinə görə, ailə tezliklə Aktaudan Nursultana köçməyi planlaşdırır. Səbəb isə Nursultanda havanın nisbətən sərin və kölgəli keçməsidir.