Monteneqro - Andorra oyunu azərbaycanlı hakimə tapşırıldı

monteneqro-andorra-oyunu-azerbaycanli-hakime-tapsirildi
Oxunma sayı: 1904

Qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Monteneqro - Andorra oyunu Azərbaycandan olan hakimlər briqadasına həvalə olunub.

“Qafqazinfo” xəbər verir ki, aprelin 5-də baş tutacaq görüşü UEFA Fəridə Lütfəliyevaya tapşırıb.

Ona Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcək. Maltalı Yoanna Vassallo dördüncü hakim funksiyasını icra edəcək.

C liqasının 3-cü qrupu çərçivəsindəki qarşılaşma Monteneqronun paytaxtı Podqoritsadakı “Qradski Podqoritsa” stadionunda reallaşacaq.