“Moskva Düşənbə görüşünün nəticələrini yüksək qiymətləndirir”

moskva-dusenbe-gorusunun-neticelerini-yuksek-qiymetlendirir
Oxunma sayı: 965

“Moskva Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev arasında Tacikistanın paytaxtı Düşənbədə keçirilən ikitərəfli görüşün nəticələrini yüksək qiymətləndirir”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu, ikitərəfli münasibətlərimizdə birlikdə səhifə açmağımıza kömək etmək baxımından çox vacib bir görüş idi”, -  Peskov əlavə edib.

Onun sözlərinə görə, liderlər görüş zamanı Rusiya İT mütəxəssislərinin Azərbaycanda narkotik qaçaqmalçılığı ittihamları ilə həbs olunmasını müzakirə ediblər: “Onlar işçi səviyyədə qaldırılır. Biz dialoqumuzu davam etdiririk”.