Moskva UNESCO-nun Qarabağa missiya göndərməsini dəstəkləyir

moskva-unesco-nun-qarabaga-missiya-gondermesini-destekleyir
Oxunma sayı: 1339

“Moskva mədəni irs abidələrinə qarşı vandalizm aktını araşdırmaq üçün UNESCO-nun Qarabağ münaqişəsi bölgəsinə missiya göndərmək niyyətini dəstəkləyir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Biz hesab edirik ki, abidələrin qorunması və müdafiəsi sahəsində UNESCO-nun tərəfdaşlarının, beynəlxalq nüfuzlu QHT-lərin iştirakı ilə Ermənistan və Azərbaycan tərəfləri ilə birlikdə hazırlanan missiyanın yaxın vaxtlarda əraziyə çatacağını və vəziyyəti obyektiv qiymətləndirəcəyini gözləyirik”, - deyə Zaxarova bildirib.

Onun sözlərinə görə, regionda xristian və müsəlman dini abidələrinin vəziyyəti və qorunması ilə bağlı suallara UNESCO mütəxəssisləri cavab verə biləcək.

Bu baxımdan, Moskva UNESCO-nun baş direktoru Odre Azulenin münaqişə bölgəsinə müvafiq missiya göndərmək niyyətini dəstəkləyir.