Moskvada daha 19 nəfər koronavirusun qurbanı oldu

moskvada-daha-19-nefer-koronavirusun-qurbani-oldu
Oxunma sayı: 960

Moskvada sutka ərzində daha 19 nəfər koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 4 350 nəfərə çatıb.

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 783 328, ölənlərin sayı isə 12 580 nəfərdir. Ölkədə 208 364 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2 300-nün vəziyyəti ağır qiymətləndirilir.