Moskvada güclü yanğın - 8 ölü

moskvada-guclu-yangin
Oxunma sayı: 1044

Moskvanın şimalında tikilməkdə olan yaşayış kompleksində yanğın baş verib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, yanğın nəticəsində 8 nəfər ölüb, daha 10-dan çox şəxs xəsarət alıb. 

Yanğının baş verdiyi zaman binada yüzlərlə şəxsin olduğu güman edilir. Son məlumatlara görə, 31 nəfər xilas edilib. 

1400 kv.m ərazini əhatə edən yanğın artıq söndürülüb. Hadisənin səbəbləri araşdırılır.