Moskvada koronavirus qurbanlarının sayı açıqlandı

moskvada-koronavirus-qurbanlarinin-sayi-aciqlandi
Oxunma sayı: 848

Rusiyanın paytaxtı Moskvada son sutka ərzində daha 12 nəfər koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 5 069-a çatıb.

Rusiyada ümumilikdə 1 103 399 nəfər koronavirusa yoluxub, 19 418 nəfər dünyasını dəyişib.