Moskvada koronavirusa ilk yoluxma faktı

moskvada-koronavirusa-ilk-yoluxma-fakti
Oxunma sayı: 3331

Rusiya İstehlakçıların Hüquqları və İnsan Sağlamlığının Müdafiəsi Sahəsinə Nəzarət üzrə Federal Xidməti Moskvada koronavirusa ilk yoluxma faktını təsdiqləyib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Lenta.ru” saytı “Baza” Teleqram-kanalına istinadən xəbər verib

Qeyd edilir ki, Rusiyada koronavirus diaqnozunun qoyulması üç mərhələləri prosedur əsasında həyata keçirilir. Əvvəlcə diaqnoz Moskvanın 1 nömrəli infeksion xəstəxanasında qoyulub, daha sonra Xidmət tərəfindən təsdiqlənib. İndi analizlər yekun qərarın çıxarılması üçün “Vektor”a göndərilib.

Bildirilir ki, 1 saylı infeksion xəstəxanada həmin şəxslə eyni palatada daha altı nəfər yatırdı. Kişidə koronavirus aşkarlanan kimi onu ayrı boksa köçürüblər.