Moskvada ticarət mərkəzi boşaldıldı

moskvada-ticaret-merkezi-bosaldildi
Oxunma sayı: 4864

Rusiya paytaxtı Moskvanın şimal-qərbində yerləşən “Şuka” ticarət mərkəzi bomba təhlükəsi ilə əlaqədar boşaldılıb.

“Qafqazinfo”xəbər verir ki, bu barədə TASS-a Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib.

“Şuka ticarət mərkəzindəki insanlar partlayış təhlükəsi ilə əlaqədar təxliyə edilib. Hadisə yerində polis və kinoloqlar işləyir”, - agentliyə məlumat verilib.

Qeyd olunub ki, yaxınlıqdakı ərazi də yoxlanılır və təhlükə barədə məlumat verən şəxsin kimliyi müəyyənləşdirilir.