MSK dairənin qərarını ləğv etdi

msk-dairenin-qerarini-legv-etdi
Oxunma sayı: 2781

Mərkəzi Seçki Komissiyası 41 saylı Sumqayıt Birinci Seçki Dairəsinin qərarını ləğv edib.

"Qafqazinfo" xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında 41 saylı Sumqayıt Birinci Seçki Dairəsi üzrə namizədliyi irəli sürülmüş Murad Rəhimlinin müraciətinə baxılıb. MSK üzvü Qabil Orucov bildirib ki, 41 saylı Sumqayıt Birinci Dairə Seçki Komissiyası (DSK) imza vərəqələrindəki problemi əsas gətirərək M. Rəhimlinin namizədliyini qeydə almayıb.

MSK DSK-nın qərarını ləğv edib və M. Rəhimlinin namizədliyi qeydə alınıb.

Günel Türksoy