MSK DSK-nın qərarını qüvvədə saxladı

MSK DSK-nın qərarını qüvvədə saxladı
Oxunma sayı: 1076

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 30 saylı Suraxanı Birinci Seçki Dairəsinin bir qrup namizədindən daxil olmuş müraciətə baxılıb. “Qafqazinfo” xəbər verir ki, məsələ barədə MSK üzvü İlham Məmmədov məlumat verib.

O bildirib ki, DSK-dan seçki sənədləri tələb olunaraq izahatlar alınıb. MSK-nın araşdırması zamanı məlum olub ki, müraciətdə göstərilən hüquq pozuntuları öz əksini tapmır. Namizəd Afiq İsrafilov şikayətində qeyd edib ki, heç bir müşahidəçiyə, vəkil təyin olunmuş şəxslərə protokol verilməyib. Bu səbəbdən də nəticələri müqayisə etmək mümkün olmayıb.

Səsvermə nəticəsində şikayətlər təmin edilməyib, MSK DSK-nın qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, bu dairə üzrə lider Sevinc Fətəliyevadır.

Günel Hacı


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi