MSK Elçin Baxışovun da iddialarını əsassız saydı

msk-elcin-baxisovun-da-iddialarini-esassiz-saydi
Oxunma sayı: 720

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında 32 saylı Suraxanı seçki dairəsindən daxil olan şikayətə baxılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu dairədən namizəd Elçin Baxışov şikayətində dairə üzrə bir çox seçki məntəqələrində səsvermə zamanı pozuntular olduğunu, bunların videogörüntülərdə əks olunduğunu bildirib və bu dairə üzrə nəticələrin ləğv edilməsini istəyib. 

MSK üzvü İlham Məmmədov bildirib ki, şikayətlə bağlı araşdırma aparılıb, məntəqə üzvləri, sədrlər, müşahidəçilərdən izahat alınıb və müraciətdə göstərilən iddialar öz təsdiqini tapmayıb.

E.Baxışov deyib ki, həmin dairə üzrə 4 saylı məntəqədə ən düzgün seçki keçirilsə də, MSK həmin məntəqənin nəticələrini ləğv edib.

MSK sədri Məzahir Pənahov isə bildirib ki, həmin məntəqədə digər namizədə fərqli protokol imzalanıb verildiyi üçün nəticələr ləğv edilib.

Səsvermə nəticəsində MSK qərar verib ki, Elçin Baxışovun şikayəti əsassız olduğu üçün təmin edilməsin.

Qeyd edək ki, bu dairə üzrə lider YAP-ın namizədi Afət Həsənovadır.