Müəllim olmaq istəyənlərə şad xəbər

muellim-olmaq-isteyenlere-sad-xeber
Oxunma sayı: 14350

Növbəti tədris ili (2020/21) üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) qaydalarına bir sıra dəyişikliklər edilir.

“Qafqazinfo”nun məlumatına görə, test imtahanı mərhələsində iştirak edən namizədlərə ixtisas üzrə 40, təlim strategiyaları və metodika üzrə 20 test tapşırığı təqdim olunacaq (cəmi - 60 sual). İmtahan proqramına məntiq üzrə test tapşırıqları daxil edilməyəcək.

Qeyd edək ki, “Təhsil haqqında” AR Qanununa edilmiş əlavələrə əsasən, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan müəllimlər 2020-ci ildən başlayaraq sertifikatlaşdırmadan keçəcəklər. MİQ müsabiqəsinin nəticəsinə əsasən işə qəbul olunan müəllimlər sertifikatlaşdırmadan keçənlərə bərabər tutulacaq. Sertifikatlaşdırma prosesində iştirak edəcək müəllimlərə məntiqə aid sualların təqdim olunması nəzərdə tutulmadığından, qaydalarda sözügedən dəyişiklik edilib.