Müğənni əsgərliyə gedir - Fotolar

mugenni-esgerliye-gedir-fotolar
Oxunma sayı: 667

“Qafqazinfo”nun məlumatına görə, yeni albomunu və klipini təqdim edən Azad həm də bu yaxınlarda əsgərliyə gedəcəyini bildirib. Təqdimatda çıxış edən Azad söyləyib ki, əsgərliyə yollandığı üçün bir il səhnədən uzaq düşəcək: “Gedirəm, bir il mənim ifalarımı eşitməyəcəksiz. Amma döndükdən sonra sənətimdə yeniliklər edəcəm”.

Onu da deyək ki, Azadın albomu STS Production tərəfindən hazırlanıb. İfaçı albomuna öz adının“Azad” isminin versə də, maraqlısı odur ki, albomun üstündə fotosunu yerləşdirməyib. Üstündə foto olmayan albom hamının marğına səbəb olub. 10 mahnı daxil olan CD-dəki bəstələrin 5-i klassik korifey bəstəkarlarımıza 5 mahnı isə müasir estrada bəstəkarlarımıza məxsusdur. Albomda görkəmli bəstəkarlarımız Tofiq Quliyev, Vasif Adığözəlov, Polad Bülbüloğlu və həmçinin İsmayil Əsədov, İsa Məlikov, Esmiralda Hüseynova, Qivi Usenaşvili və Tural Yusubovun mahnıları var.

Azad həmçinin eyni gündə yeni klipini də təqdim edib. Söz və musiqisi İsmayil Əsədovaya məxsus “Tək məni səslə” mahnısına çəkilən klipin rejissoru Toni, operatoru Nicat Cəfərov, montaj işi isə Yusif Cəfərova aidir. Klipdə Azadın tərəf müqabili model Maya Cəfərovadır.

Azada klip və albom təqdimatında dəstək olmaq üçün onun valideynlər və müğənni həmkarları da tək buraxmayıblar. Tanınmışlardan Samira Allahverdi, Gunay İbrahimli, Elçin Cəfərov, Emin Bədəlov, Aygün Rəhimova, reperlər Miri Yusif, Cin(Ceyhun) teleaparıcı Afaq Gəncəvi, rəqqasə Oksana Rəsulova və başqaları iştirak ediblər.

Mətbuat konfransından sonra isə Azad canlı ifa nümayiş edib. İfaçı retro, klassik və estarada mahnılarımızdan səsləndirib.

Aynur Babayeva
Fotollar müəllifdir