Müharibə əlilləri ev alqı-satqısında rüsum ödəməyəcək

Müharibə əlilləri ev alqı-satqısında rüsum ödəməyəcək
Oxunma sayı: 877

Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər evlərin alqı-satqısı zamanı dövlət rüsumu ödəməkdən azad edilir.

"Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Bununla da müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər məhkəməyə verilən iddia ərizələri üzrə və mənzilin (evin) alqı-satqısı zamanı dövlət rüsumu ödəməkdən azad edilib.