Musayevin həbs müddəti iki ay uzadıldı

musayevin-hebs-muddeti-iki-ay-uzadildi
Oxunma sayı: 1737

Yanvarın 19-da Dağıstan hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Mahaçqala meri Musa Musayevə qarşı ittiham irəli sürüb.

“Qafqazinfo” xəbər verir ki, barədə “RİA Novosti” agentliyinə Dağıstan hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

“İstintaq orqanları Musa Musayevə qarşı ittiham irəli sürüb. Buna görə merin həbs müddəti iki ay müddətinə uzadılacaq”,- deyə mənbə söyləyib.

Qeyd edək ki, M. Musayev səlahiyyətlərindən sui-istifadə edərək dövlətə 80 milyon rubl ziyan vurması ittihamına görə həbs edilib.