Müslüm Gürsəsin oxuduğu son mahnı Aygünün olub- - Video

muslum-gursesin-oxudugu-son-mahni-aygunun-olub-
Oxunma sayı: 2088


“Qafqazinfo”nun Axşam.az-a istinadən məlumatına görə, mərhum ifaçı xalq artisti Aygün Kazımovanın repertuarındakı "Yenə tək”i oxuyub. M.Gürsəs mahnını akustik versiyada səsləndirib. İnternetdə ifanın demo variantı yayılıb. Bu mahnı müğənninin yeni işıq üzü görəcək albomunda yer alacaqdı. 

Xalq artisti Aygün Kazımova əməkdaşımızla söhbətində məsələdən yenicə xəbərdar olduğunu deyib. O buna çox sevinib: 

“İfanı bu gün eşitdim. İnternetdə Ajda Pekkanın “Yenə tək” mahnısını səsləndirməsini axtarırdım. Qarşıma Müslüm Gürsəsin ifası çıxdı. Qulaq asdım və təəccübləndim. Bununla bağlı məndən icazə alınmamışdı. Amma belə gözəl, dahi bir ifaçının mənim mahnıma müraciət etməsi sevindirici oldu. Çox heyf ki, o, ifasını hər kəsə təqdim edə bilmədi”. 

Qeyd edək ki, sözləri meyxanaçı Namiq Qaraçuxurluya, musiqisi Minayə xanıma məxsus olan “Yenə tək” mahnısını daha öncə Ajda Pekkan da səsləndirib.