“Nar Mobile”a yeni rəhbər təyin olundu

nar-mobilea-yeni-rehber-teyin-olundu
Oxunma sayı: 2228

Azərbaycanın ən sürətlə inkişaf edən mobil operatoru olan “Nar Mobile”, Kent Maknilinin şirkətin Baş Direktoru təyin olunduğunu və karyerasını “Azertelecom” şirkətinin Baş Direktoru qismində davam etdirəcək Yurgen Pitsi əvəz etdiyini elan edib. Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, K. Maknili dünyanın ən böyük rəqabətə malik olan bazarlarında iri telekommunikasiya şirkətlərinin idarə edilməsi sahəsində geniş təcrübəyə malikdir. O, idarəetmə, marketinq və mühəndislik sahələrində müstəsna xidmət siyahısına malik olan, yüksək səviyyəli menecerdir; cənab Maknili, özünün uzaqgörənliyi, liderliyi və maliyyə sahəsində fərasətinə görə tanınır. O, 4 qitədə, müxtəlif şirkətlərdə bir sıra yüksək vəzifələr tutub və “VimpelCom” (Beeline şirkətinin brendi), “Eastman Kodak”, “Citibank” və s. kimi şirkətlərin fəaliyyətinə özünün qiymətsiz töfhəsini verib. Cənab Maknili, olduqca qısa bir zamanda öz biznesini və gəlirini artırıb bir sıra kampaniyalar üçün cavabdeh olub.

Öz təyinatı haqqında danışaraq, cənab Maknili belə deyib: “Mən ölkədə ən sürətlə inkişaf edən mobil operator olan “Nar Mobile”a qoşulduğum üçün xoşbəxtəm. Biz, məhsullarımızın və xidmətlərimizin keyfiyyətinin yaxşılaşdırılması və məqbul qiymətlərin saxlanılması üzərində işi davam etdirəcəyik. Biz həmçinin qüvvəmizi, mobil internetin inkişafında yer alan yeni və əhəmiyyətli imkanların axtarışında cəmləşdirəcəyik”.

“Nar Mobile” bu il ərzində, cənab Maknilinin rəhbərliyi altında eyni zamanda yeni nailiyyətlərə can atmaqla, öz abunəçilərinə yüksək keyfiyyətli xidmət göstərməkdə davam edəcək.

Nigar