“Nar” Qarabağ müharibəsi veteranları üçün xüsusi güzəştlər təqdim edir

nar-qarabag-muharibesi-veteranlari-ucun-xususi-guzestler-teqdim-edir
Oxunma sayı: 2349

“Nar” Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş qəhrəmanlarımız üçün xüsusi güzəştlər təqdim edir. Xüsusi güzəştlərdən faydalanmaq üçün 21 yanvar tarixindən etibarən, “Nar” mərkəzlərindən birinə yaxınlaşaraq müvafiq sənədi təqdim etmək kifayətdir. Əlavə məlumatı mobil opertorun nar.az veb səhifəsindən əldə etmək mümkündür.

Qeyd edək ki, “Nar” torpaqlarımızın azad edilməsi uğrunda hərbi əməliyyatların getdiyi dövrdə bir çox sosial əhəmiyyətli layihələr həyata keçirib, cəbhəyanı bölgələrdə yaşayan şəxslərə dəstək olub. Torpaqlarımızın azadlığı uğrunda vuruşmuş bütün müharibə iştirakçılarına hər zaman minnətdar olacağıq!

#SalamQarabağ