NASA-nın kosmik gəmisi Marsdan ilk qaya parçasını götürdü

nasa-nin-kosmik-gemisi-marsdan-ilk-qaya-parcasini-goturdu
Oxunma sayı: 2187

NASA-nın Marsa göndərdiyi “Persevarence” (“Əzm”) kosmik gəmisi “Qırmızı planet”dən ilk qaya nümunəsini götürüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Götürülən nümunə kosmik gəminin dünyaya qayıtmasından sonra alimlər tərəfindən araşdırılacaq və orada milyardlarla il əvvəl həyat olub-olmadığı öyrəniləcək.

Qeyd edək ki, NASA-nın “Persevarence” (“Əzm”) kosmik gəmisi 30 iyul 2020-ci ildə kosmosa göndərilib və yeddi ay sonra – 18 fevral 2021-ci ildə Marsa enib.

NASA-nın kosmik gəmisi Marsa endi - Video