NATO gəmiləri Gürcüstanın ərazi sularına daxil olub

nato-gemileri-gurcustanin-erazi-sularina-daxil-olub
Oxunma sayı: 1116

NATO-nun 5 gəmisi Gürcüstanın ərazi sularına daxil olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “1tv.ge” yayıb.

Məlumata əsasən, NATO-nun Mina Əleyhinə Daimi Tədbirlər Qrupu 2-ni (SNMCMG2) Gürcüstanın Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin Sahil Mühafizəsi Departamenti qəbul edib.

Qeyd olunur ki, NATO gəmilərinin səfəri çərçivəsində Qara dənizdə Gürcüstanın Sahil Mühafizə Departamentinin iştirakı ilə birgə təlimlər keçiriləcək. 

Bildirilir ki, bölmənin tərkibinə İspaniya, İtaliya, Bolqarıstan, Rumıniya və Türkiyənin hərbi-dəniz gəmiləri daxildir. Bölməyə kapitan Xavier Nanes de Prado komandanlıq edir.