NATO Litvada hərbi təlimlərə başladı

nato-litvada-herbi-telimlere-basladi
Oxunma sayı: 623

Litvada NATO üzvü 8 ölkənin təxminən 3 min əsgərinin cəlb olunduğu genişmiqyaslı hərbi təlimlər start götürüb.

“Qafqazinfo” xarici KİV-ə istinadla xəbər verir ki, təlimlər oktyabrın 18-dək planlaşdırılıb.

Hərbi təlimlərdə Litva ilə yanaşı Belçika, Almaniya, Lüksemburq, Niderland, Norveç, Çexiya və Xorvatiyadan bölmələr iştirak edir.

Təlimlərdə təxminən 650 ədəd texnika – tanklar, piyadaların döyüş maşınları, özüyeriyən artilleriya qurğuları və zirehli transportyorlar istifadə olunur.

Hərbi təlimlər Belarus sərhədindən təxminən 15 km aralıqda yerləşən “Pabrade” mərkəzi poliqonunda həyata keçirilir.