NATO-nun tarixi sammiti bu şəhərdə keçiriləcək

nato-nun-tarixi-sammiti-bu-seherde-kecirilecek
Oxunma sayı: 2159

İspaniyanın NATO-ya qəbul olmasının 40-cı ildönümü ərəfəsində - iyunun 29-30-da Madriddə Şimali Atlantika Alyansının tarixi sammiti keçiriləcək.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Madrid tarixdə ikinci dəfə NATO sammitinə ev sahibliyi edəcək.

Sammitdə 30 müttəfiq ölkənin dövlət və hökumət başçıları, eləcə də, Alyansın digər əsas tərəfdaşları bir araya gələcəklər.

Sammitdə ABŞ Prezidenti Co Baydenin iştirakı da gözlənilir. Ukrayna Prezidenti Volodimir Zelenski sammit iştirakçılarına videokonfrans vasitəsilə müraciət edəcək.

NATO müttəfiqləri ən aktual təhlükəsizlik məsələlərini, o cümlədən, Ukraynada hərbi əməliyyatları, NATO-nun yeni Strateji Konsepsiyasına dəstək məsələləri müzakirə edəcəklər.