“Navalnı” filmi də “Oskar” aldı

navalni-filmi-de-oskar-aldi
Oxunma sayı: 1582

Kanadalı rejissor Deniel Roerin “Navalnı” filmi “Oskar” mükafatının “Ən yaxşı sənədli film” nominasiyasında qalib olub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, film rusiyalı müxalifətçi Aleksey Navalnının 2020-ci ilin yayından 2021-ci ilin yanvarına qədər həyatında baş verən hadisələri əhatə edir.

Filmdə əsas olaraq Navalnının Rusiyada zəhərlənməsi və müalicə aldığı Almaniyadan ölkəyə geri qayıtması kimi hadisələrdən bəhs edilir. 

Rejissor Roer Navalnı ilə Almaniyada müalicə aldığı vaxt görüşüb. 

Xatırladaq ki, 2021-ci ilin fevralında Rusiyanın Federal Penitensiar Xidmətinin tələbi ilə A.Navalnının “İv Roşe” işi üzrə şərti cəzası ləğv edilərək 3,5 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Belə ki, 2013-cü ilin oktyabrında Aleksey və Oleq Navalnı qardaşlarına qarşı “İv Roşe - Vostok” şirkətindən 26 milyon rubl və daha bir şirkətdən 4 milyon rubl (birlikdə 30 milyon rubl – 500 min dollar) dəyərində vəsait mənimsəməklə bağlı ittiham irəli sürülüb. 

2022-ci ilin martında isə Moskvanın Lefortovo Rayon Məhkəməsi həbsdə olan siyasətçini dələduzluq və məhkəməni təhqir etməkdə təqsirli bilərək 9 il müddətinə azadlıqdan məhrum edib.