Naxçıvanın Babək rayonunun Kültəpə kəndindən Yoluxucu Xəstəliklər Mərkəzinə ümumilikdə 23 nəfər qadın dəm qazı zəhərlənməsi şübhəsi ilə daxil olub.
Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Naxçıvan Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, aparılmış tibbi müayinələr nəticəsində onların 8 nəfərində dəm qazından zəhərlənmə halları təsdiqlənib.
“Bütün pasiyentlərə zəruri tibbi müdaxilələr göstərilib, vəziyyətləri hərtərəfli qiymətləndirilib. Zərərçəkənlər arasında ağır vəziyyətdə olan şəxs qeydə alınmayıb.
Səhhəti stabilləşmiş şəxslər ambulator nəzarətə buraxılıb, hazırda mərkəzdə stasionar müalicə alan pasiyent yoxdur”, - deyə məlumatda qeyd edilib.
***
APA-nın məlumatına görə, qadınlar rayon ərazisində keçirilən yas mərasimində zəhərləniblər.
Bəsti Məmməd
Son xəbərlər
Son Xəbərlər