Naxçıvanda Duzdağ Fizioterapiya Mərkəzində bunlar yaradılacaq

naxcivanda-duzdag-fizioterapiya-merkezinde-bunlar-yaradilacaq
Oxunma sayı: 1550

“Naxçıvanda Duzdağ Fizioterapiya Mərkəzində yaxın gələcək üçün kinoteatr, kiçik konfrans zalı, uşaq oyun parkı, duzun içərisində restoran, meditasiya ərazisinin, spa salonunun, gözəllik mərkəzinin, mağaza və duz muzeyinin yaradılması nəzərdə tutulur”.

“Qafqazinfo” xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri vəzifələrini icra edən Samiq Sadıxov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, eyni zamanda duzun üstündə ayaqla yerimək üçün cığırların yaradılması ilə bağlı layihələndirmə işlərinə başlanılıb:

“Növbəti ilin əvvəlində bu prosesin həyata keçirilməsi ilə əlaqəli tender elan olunacaq. İlin ortasında bu həyata keçiriləcək. Bundan başqa, Duzdağın beynəlxalq səviyyədə dünya arenasında tanıdılması üçün iki beynəlxalq quruma sertifikat almaq üçün müraciət edilib. Birindən sertifikat alınıb, digəri isə birillik prosesdir. Yəni, ildə 4 dəfə 3 aydan bir yoxlamalarla proses tam şəkildə həyata keçiriləcək. Bundan sonra Naxçıvanda beynəlxalq əhəmiyyətli pulmonoloq və allerqoloqların konfransını keçirməklə Duzdağın dünyada təbliğinə çalışırıq”.

Gülnar Əliyeva