“Naxçıvanın dövlət deyə tanıtımı konstitusiyadan çıxarılmalıdır” - Yenilənib

naxcivanin-dovlet-deye-tanitimi-konstitusiyadan-cixarilmalidir
Oxunma sayı: 775

“Naxçıvan MR-in dövlət deyə tanıtımı konstitusiyadan çıxarılmalıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

“Biz bu gün “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” qanun layihəsini qəbul edəcəyik. Burada bir məsələ diqqətimi çəkdi. Qeyd olunur ki, Naxçıvan MR Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Sonra isə qeyd edilir ki, Naxçıvan MR-in dövlət rəmzləri... Naxçıvan MR və dövlət anlayışı, ümumiyyətlə, konstitusiyada qeyd olunmamalıdır. Artıq ayrılmaz tərkib hissədirsə, orada başqa məsələləri xatırlatmaq yersizdir. Bu məsələyə diqqət yetirsək, yaxşı olar”, - millət vəkili qeyd edib.

***

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli həmkarının fikrinə münasibt bildirib: “Xatırlayırsınızsa, bu məsələ müzakirə olunarkən Naxçıvan MR-i Milli Məclisdə təmsil edən həmkarlarım da buna münasibət bildirdilər. İstər “muxtar respublika” statusu, istərsə onun konstitusiyada təsbit olunması... Yenidən diskussiya açmaq fikrimiz yoxdur. Bu baxımdan onu xatırlatmaq istəyirəm ki, Naxçıvan MR-in statusu konstitusiyada 8-ci fəsildə ehtiva olunub. Əsas mətnin dəyişdirilməsi, müzakirəsi tamamilə fərqli prosedur. Bu gün bu, aktual deyil”.

Nuranə Daxilqızı