Neftçalada yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Kürqarabucaq kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1941-ci il təvəllüdlü Həsənov Vahid Nüsrət oğlu yolu keçərkən Surra kənd sakini, 1988-ci il təvəllüdlü Nağıyev Teymur Sərraf oğlunun idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili onu vurub.
Piyada aldığı ağır xəsarətlər nəticəsində xəstəxanaya aparılarkən həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər