Nazarbayevin nəvəsi Londonda həbs cəzası aldı

nazarbayevin-nevesi-londonda-hebs-cezasi-aldi
Oxunma sayı: 2314

Londonda Sautvork kral məhkəməsi Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayevə azadlıqdan şərti məhrumetmə cəzası verib.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, buna səbəb eks-prezidentin nəvəsinin başqasının mülkünə qanunsuz daxil olması və polisə müqavimət göstərməsidir.

A.Nazarbayevə qarşı bu ittihamlar iyulda baş vermiş insidentə görə irəli sürülüb. Belə ki, Aysultan Kovent Qarden rayonunda mənzilin balkonundan tullanarkən onu yaxalamaq istəyən polisin əlini dişləyib. 29 yaşlı Nazarbayevə qarşı çıxarılan hökmdə, həmçinin, 18 aylıq sınaq müddəti və narkotik asılılığından müalicə olunmaq aktları da var.