Nazir postundan istefa verib seçkilərə qatılacaq

nazir-postundan-istefa-verib-seckilere-qatilacaq
Oxunma sayı: 1656

Fransanın Səhiyyə naziri Anyes Büzen Paris meri olmaq uğrunda seçkilərdə mübarizəyə qoşulmaq üçün postundan istefaya gedir.  “Qafqazinfo” bildirir ki, bu barədə “Le Parisien” nəşri yazıb.

Qəzetin məlumatına görə, onun yerinə quruma Fransa Milli Məclisinin sosial məsələlər üzrə komissiyasına rəhbərlik edən Olivye Veran başçılıq edəcək.

Büzen mer postuna hakim partiya – “İrəli, Respublika!”dan namizəd olacaq.