Vüqar Mirzəzadə rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin edilib.
“Qafqazinfo” xəbər verir ki, nazir Rəşad Nəbiyev bununla bağlı əmr imzalayıb.
Nazirlikdən saytımıza məlumatı təsdiqləyiblər. Onun artıq işə başladığı bildirilib.
Qeyd edək ki, V.Mirzəzadə bu təyinata qədər Azərbaycan İnvestisiya Holdinqində Nəqliyyat şöbəsinin müdiri vəzifəsində çalışıb. O, birinci “Yüksəliş” müsabiqəsinin qalibi olub.