Nazirlikdə daha bir yeyinti faktı aşkarlanıb

nazirlikde-daha-bir-yeyinti-fakti-askarlanib
Oxunma sayı: 3337


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təyinat alan kimi, bu qurumda araşdırmalara başlayan nazir Səlim Müslümovun yoxlamaları öz bəhrəsini verib. Əlillərə avtomobillərin paylanmasında məmur özbaşınalıqlarının olmasından şübhələnən nazir alınan avtomobillərin hansı qiymətə başa gəlməsindən tutmuş kimlərə verilməsinə qədər bütün məqamları araşdırıb. Məlum olub ki, bu ilə qədər əlillərə hər biri 8 700 AZN-ə alınan avtomobilləri, daha ucuz, 1 200 AZN aşağı da almaq olarmış. Bu günə qədər dövlət büdcəsindən bu, məqsədlər üçün ayrılan vəsaitlərin bir hissəsinə şərik çıxan məmurlar var imiş. Onların bu, prosesdən uzaqlaşdırılmasından sonra isə zavod özünə çatan xalis gəlirə uyğun olaraq yeni müqavilə bağlayır. İndi əlillərə verilmək məqsədilə alınan “Naz-Lifan” avtomobilləri nazirliyə 7 500 AZN-ə satılmağa başlayır. Bu, əvvəlki rəqəmlə müqayisədə 20 faizdən çox endirim deməkdir. 

Zavodla bağlanan müqaviləyə əsasən bu il nazirlik tərəfindən əlillər üçün bir ədədi 7 500 AZN-ə 1533 “Naz-Lifan” avtomobilinin alınması planlaşdırılır. Bunun üçünsə,11 milyon AZN-dən çox vəsait xərclənəcək. Yeni qiymətlər büdcəyə 2 milyon AZN qənaət etməyə imkan verib. Əlillərə verilən səndlərdə də hər bir maşının xüsusiyyətlərilə yanaşı, hətta onun alınma qiyməti də yazılır, 7 500 AZN. Bəs artıq büdcədən gedən vəsaitlərin taleyi necə olacaq? 

Nazir müavinini cavabı belə oldu ki, gedən artıq gedib. Çalışmaq lazmdır ki, şəffaflıq bundan sonra bərpa olunsun. Hətta bununla bağlı sərt tədbirlər görməyə hazırlaşan nazirlik hökumətə yeni təkliflər paketi də hazırlayıb. Onu yaxın günlərdə baxılmaq üçün təqdim edəcək. Məsələ ilə bağlı “Naz-Lifan” maşınlarının istehsal olunduğu Naxçıvan Avtomobil Zavodu ilə də əlaqə saxladıq. 

Zavoddan bildirildi ki, son 2 il ərzində bu, zavoda yığılan avtomobillərin qiymətlərində heç bir artım və ya azalma olmayıb. Nazirliklə bağlanan müqaviləyə əsasən isə “Naz-Lifan” avtomobillərini zavodda yığılan kimi 100 maşından ibarət partiyalar şəklində Bakıya gətirilir. Dərhal növbəyə əsasən əllilərə paylanılır. 

Qeyd edək ki, avtomobil verilməsində şəffaflığı təmin etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin saytında növbələrin siyahısını dərc edib. Hər bir kəs özünün hansı sırada olduğunu, növbəsinin nə zaman çatacağını öyrənə bilər.

ANS