Nazirlikdən Gəncə şəhər stadionunun ot örtüyü ilə bağlı - Açıqlama

nazirlikden-gence-seher-stadionunun-ot-ortuyu-ile-bagli
Oxunma sayı: 2076

“Kəpəz”in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunun ot örtüyündə yaranmış problemlə bağlı Gənclər və İdman Nazirliyi açıqlama yayıb.

“Qafqazinfo” xəbər verir ki, nazirlik stadionun onlara məxsus olduğunu, lakin “Kəpəz”in istifadəsinə verildiyi üçün ot örtüyünə onların baxmalı olduğunu bildirib:

“Gəncə şəhər stadionu, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin balansında olsa da “Kəpəz” futbol klubunun istifadəsinə verilib. Buna görə də stadiona xidmət məsələləri, o cümlədən də öt örtüyünün saxlanması və qulluq məsələləri klubun öhdəliyindədir”.

Qeyd edək ki, “Kəpəz”in Premyer Liqanın 28-ci turunda “Səbail”ə qarşı keçirdiyi oyundan sonra stadionun ot örtüyünün durumu böyük müzakirələrə səbəb olmuşdu. Hətta qonaq komanda durumdan aşikayət etmişdi.