“NB Holdinq” ASC İlham Əliyevi təbrik etdi

nb-holdinq-asc-ilham-eliyevi-tebrik-etdi
Oxunma sayı: 1512

Azərbaycanda çoxşaxəli fəaliyyətilə iri layihələrə imza atan, uğurlu və dinamik inkişaf edən “NB Holdinq” ASC Prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, şirkət dövlət başçısına təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Təbrikdə bildirilib ki, Azərbaycan xalqının öz torpaqlarını azad etmək uğrunda mübarizədə qalib gəlməsi üçün hər cür şərait yaratması, müdrik, uzaqgörən siyasəti və nüfuzlu ölkələrlə düzgün qurulmuş qarşılıqlı münasibətləri sayəsində Azərbaycan Vətən müharibəsi nəticəsində qalib ölkə oldu, Azərbaycan xalqı isə qalib millət kimi yüksək status qazandı:

“Müdrik və səmərəli dövlət idarəçiliyiniz, müdrik və uzaqgörən xarici siyasətiniz sayəsində Azərbaycan nəinki öz regionunda, həm də dünyada iqtisadi cəhətdən ən sürətlə inkişaf edən və nüfuzlu dövlətlərdən biri oldu”.

“NB Holdinq” ASC Ali Baş Komandana bundan sonra da doğma Vətənin işıqlı sabahları naminə misilsiz fəaliyyətində yeni-yeni zəfərlər diləyib.