Neft qiymətləri ən aşağı səviyyəyə düşdü - ABŞ-dakı seçkilərə görə

neft-qiymetleri-en-asagi-seviyyeye-dusdu-
Oxunma sayı: 3337

Dünya bazarında neftin qiymətləri ucuzlaşıb.

Qafqazinfo” “Lenta.ru”ya istinadən xəbər verir ki, “Brent” markalı neftin qiyməti avqustdan bu günə qədər ilk dəfə 45 dollar olaraq ən aşağı səviyyəyə düşüb. Belə ki, neftin 1 barelinin dəyəri 2,2% ucuzlaşaraq 44,8 dollarda qərarlaşıb.

WTI markalı neftin dekabr fyuçersi 3,0 % ucuzlaşaraq barreli 43,6 dollardan satılır.

Neftin ucuzlaşmasına noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkilərinin ilkin nəticələrinə əsasən Respublikaçılar partiyasından olan namizəd Donald Trampın liderliyi qoruyub saxlaması səbəb olub.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri ikipilləli sistemlə keçirilir. İlk öncə 50 ştatda ayrılıqda ümumxlaq səsverməsi keçirilir. Prezident seçilmək üçün ştat nümayəndələrindən ibarət 538 nəfərlik Seçicilər Kollegiyasına 270 nümayəndə qazanmaq tələb olunur.

Seçicilər prezidentliyə namizədlər üçün dekabrın 19-da formal olaraq səs verəcəklər. Konqres ssəverməninin nəticələrini 2017-ci il yanvarın 6-da təsdiqləyəcək.

ABŞ-ın yeni prezidentinin inaqurasiya mərasimi isə yanvarın 20-də baş tutacaq.